Millimiz A divizionuna vəsiqə qazandı

28 Avqust 2016 21:11 (UTC+04:00)

Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub. Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.

Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.


Trend.az