Bir binada üç mənzil yandı - Bakıda

28 Avqust 2016 21:20 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, , Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 500 m2 olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 120 m2 olan 3 mənzil yanıb.

Qalan mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.