“Azərbaycanda nurçu dini icma qeydiyyata alınmayıb”

29 Avqust 2016 11:18 (UTC+04:00)

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün jurnalistlərə deyib.

O qeyd edib ki, üzvlərindən biri də nurçu olan hər hansı dini icma qeydiyyatdan keçməyib.

G.İsmayılovun sözlərinə görə, artıq necə ildir ki, nurçu dini cərəyanına məxsus dini ədəbiyyatların ölkəyə kütləvi şəkildə idxalına, ixraçına və çapına məhdudiyyət qoyulub.

Trend.az