Qurban Qurbanovun yetirməsi millidən uzaqlaşdırıldı

29 Avqust 2016 11:42 (UTC+04:00)

AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bədavi Hüseynov ("Qarabağ") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. O, DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xatırladaq ki, daha öncə Bakı "İnter"inin futbolçusu Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olub.