Qaradağda qəza - Ölən var

29 Avqust 2016 12:45 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 11 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Saatlı şəhər sakini Əfqan Mustafayev idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən qəsəbə sakini Əliağa Məmmədovu vurub.

Piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.