Türkiyə 2 şəhid verdi

29 Avqust 2016 13:08 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, PKK terorçularıyla Türkiyə Silahlı Qüvvələri arasında baş verən atışma nəticəsində 2 hərbçi ölüb. Atışma baş verən əraziyə helikopterlər cəlb edilib, bölgədə əməliyyat davam edir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Şemdinlidə atışma ötən gündən başlayıb. Dünən yaşanan atışma zamanı 10 terrorçu öldürülüb.

Aydan AXUNDOVA