“Siqaretdir də, çörək deyil ki...” - Deputatdan qiymət artımına reaksiya

29 Avqust 2016 13:28 (UTC+04:00)

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Vahid Əhmədov bildirib ki, siqaretlərin qiymətinin artması dolların kursu ilə əlaqədardır: "Qiymətlər tənzimlənməyib. Siqaret tam olaraq Azərbaycana xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…"

Deputat hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: "İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar".

Bahar RÜSTƏMLİ
AzNews.az