Güclü külək qəbir daşlarını aşırdı

29 Avqust 2016 17:39 (UTC+04:00)

AzNews.az Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Ağdam kəndində yerləşən qəbristanlıqda baş verib.

Yerli sakinlərin sözlərinə görə, güclü külək gecə saatlarında əsməyə başlayıb.

Səhər saatlarında məzarlığa gələnlər 10-a yaxın başdaşının aşdığını görüblər.

Qəbristanlıqda əsasən Yuxarı Öysüzlu və Ağdam kənd sakinləri dəfn edilir.