Kənd yerlərində ana ölümlərinin sayı artıb - Statistika

29 Avqust 2016 17:51 (UTC+04:00)

Azərvaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumillikdə ana ölümləri 2014-cü illə müqayisədə 1,4 faiz azalıb.

Ötən il hər 100 000 nəfər diri doğulana 14,4 nəfər ana ölümü düşüb ki, onlardan 4,9 nəfəri şəhər, 23,5-i kənd yerlərində baş verib. 2010-cu ildə bu göstərici 15,7 nəfər olub ki, onun 19,6-sı şəhər, 11,9-u kənd yerlərində baş verib. Ötən il hər diri diri doğulan 1000 körpədən 1 yaşına qədər ölənlər arasında şəhərlərdə oğlanlar, kəndlərdə qızlar üstünlük təşkil edib. Ümumillikdə ötən il 1 yaşına qədər doğulanlar arasında ölənlərin 9,5 nəfəri qız, 12,2-si oğlan olub. Şəhərlərdə ölən körpələrdən qızlar 14,8, oğlanlar 20,8, kənd yerlərində qızlar 4,5, oğlanlar 4,3 nəfər olub.

Report.az