Paytaxtın bəzi hissələri və Samux qazsız qalacaq

29 Avqust 2016 19:31 (UTC+04:00)

AzNews.az SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 30-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayrıcı" və Qazax magistral qaz kəmərləri sahəsinin "Ağasıbəyli" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Samuxun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Səbail rayonunun 20-ci Sahə qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.