Poroşenko yeni PA rəhbəri təyin etdi
29 Avqust 2016 19:46 (UTC+04:00)
Prezident Pyotr Poroşenko bu barədə Milli İslahatlar Şurasının iclasında bildirib.
Prezident deyib: "Mən İqor Lvoviç Raynini Prezident Administrasiyasının rəhbəri təyin etmişəm".
Dövlət başçısı Boris Lojkinin bu vəzifədən istefa verdiyini də diqqətə çatdırıb.
İqor Raynin 1973-cü il avqustun 6-da anadan olub. Dövlət idarəçiliyi üzrə elmlər namizədi, Ukraynanın əməkdar iqtisadçısıdır. 2014-cü il noyabrın 17-dən 2015-ci il fevralın 3-dək Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub. 2015-ci il fevralın 3-dən Xarkov Vilayət Dövlət Administrasiyasının sədri vəzifəsində çalışıb.
Azərtac