Hindistanda sərnişin avtobusu aşdı - 73 nəfər yaralandı

29 Avqust 2016 20:51 (UTC+04:00)

Xəsarət alanlardan 59-u xəstəxanalara yerləşdirilib.

Sərnişinlərin əksəriyyətini məktəblilər və dövlət təşkilatlarının əməkdaşları təşkil edib. Məlumata əsasən, Cabalpur-Kulla marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.


APA.az