İTV-nin 2 vəzifəli əməkdaşı işdən çıxarıldı - Yeni təyinatlar təsdiqləndi

29 Avqust 2016 23:04 (UTC+04:00)

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, "Çarçıfilm" yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və "Səhər" proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, "Carçıfilm" yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və "Səhər" proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.