Obama ilə Ərdoğan arasında görüş olacaq - Pekində

29 Avqust 2016 23:11 (UTC+04:00)

Bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.

Onun sözlərinə görə, tərəflər Türkiyədə hərbi çevrilişə cəhddən sonra vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranı və digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri Çinin paytaxtı Pekində baş tutacaq "Böyük iyirmilik" (G-20) ölkələrinin sammitinə qatılacaqlar.


APA.az