Çin səfirliyi yanında gərginlik - Darvazanı yıxmaq istədi, partlayış oldu (Yenilənib + Video)

30 Avqust 2016 10:48 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bişkekdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarından verilən ilkin məlumata görə, "Mitsubishi" markalı maşını idarə edən naməlum şəxs səfirliyin darvazasını yıxmaq istəyib, nəticədə güclü partlayış baş verib.

Cinayətkar hadisə yerində ölüb. Xəsarət alanlar isə səfirliyin mühafizəçiləridir.
Hadisənin terrorla əlaqəli olub-olmadığı araşdırılır.

09:48
***


Qırğızıstanda Çin səfirliyi önündə baş verən partlayış terror aktı olub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Baş naziri Jeniş Razakov məlumat verib. O bildirib ki, səfirliyin ərazisində baş verən partlayış terrorçu-kamikadze tərəfindən törədilib.





Aydan AXUNDOVA