Gömrükçülər külli miqdarda siqaret aşkarladı

30 Avqust 2016 14:09 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, malların yoxlanılması zamanı vətəndaşa məxsus dörd ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10.000 ədəd "Kent Nanotek" və 4000 ədəd "Marlboro Edge" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.