Avtomobil kanala düşdü - 1 ailənin 6 üzvü ağır yaralandı

30 Avqust 2016 14:13 (UTC+04:00)

Hadisə rayonun Seyidimli kəndi ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-21011" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin 6 üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az