“Azadlıq” qəzeti bağlanıb? - Açıqlama
30 Avqust 2016 15:17 (UTC+04:00)
Qəzetin redaktoru Sücəddin Şərifov məsələ ilə bağlı AzNews.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib: "Qəzet həftənin bir günü başqa nəşriyyatda çap olunurdu. Qəzetimizin də həmin nəşriyyata borcu vardı. Bu səbəbdən "Azadlıq" bir gün satışda olmayıb".
Qeyd edək ki, bu gün KİV-lərdə "Azadlıq" qəzetinin nəşrini dayandırması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, qəzet maliyyə problemləri səbəbindən bağlanıb.
Bahar RÜSTƏMLİ