TV-lərin referenduma görə efir qiymətləri - Siyahı

30 Avqust 2016 15:31 (UTC+04:00)

Tarif cədvəllərindən belə görünür ki, ödənişli təşviqat üçün ən bahalı efiri "Xəzər" Televiziyası müəyyənləşdirib.

İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.

Qeyd edək ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Mərkəzi Seçki Komissiyyası üç - "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb.


"Lider" TV, Azad Azərbaycan Televiziyası, "Xəzər" TV də ödənişli efir vaxtının qiymətini açıqlayıb. Qiymətlərlə aşağıdakı cədvəllərdən tanış olmaq mümkündür.