Aygün Bəylərin qardaşı qohumunu niyə öldürüb? - Təfərrüatlar

30 Avqust 2016 15:44 (UTC+04:00)

Həmin şəxslər Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümbətovu narkotik söhbətinə görə öldürüb cəsədi gizlədiblər. Məsələ bundadır ki, onlar həyətyanı sahələrdən birində nəşə əkiblər. Necə olubsa mübahisə zamanı Elnur Hümbətov qohumlarının nəşə əkib-becərdiyi haqda polisə məlumat verəcəyi ilə hədələyib. Nəticədə qohumları ondan yaxa qurtarmaq qərarına gəliblər.

Qətl Suraxanı rayonu ərazisində törədilib, cinayətkarlar cəsədi Xəzər rayonuna aparıb orada basdırıblar. Maraqlıdır ki, cəsədin basdırıldığı özəl torpaq sahəsi DYP-nin Xəzər rayon şöbəsinin binasının bilavasitə yaxınlığındadır. Bu haqda "Sputnik Azərbaycan" xəbər verir.

Virtualaz.org