“Bakıya gedəndə özünüzlə bərk ayaqqabı götürün” - Rusiyalı bloqgerin fotoreportajı

30 Avqust 2016 16:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Varlamovun şəkilləri və şəhər haqda təəssüratları əsasında hazırlanan məqalədə Bakıya heyranlıq əks olunub.

AzNews.az "Yaxşı Bakı" adı ilə dərc edilən məqaləni olduğu kimi təqdim edir:

Bu fantastikadır! İnanılmazdır! Müasir Bakı – bu sadəcə hansısa möcüzədir. Bu, lotereyada uduş kimi, xoşlandığın qızın qarşılıqlı cavab verməsi kimidir! Möcüzəvi şəhərdir, heyranlıqdır! Əgər siz Bakıda olmamısınızsa - siz yaşamamısınız!

Başa düşdüyünüz kimi, Bakı mənim çox xoşuma gəlib. Sonuncu dəfə mən burada 4 il öncə olmuşdum. Həmin vaxt şəhərdə böyük tikinti gedirdi. İndi isə tikinti örtüklərini çıxarıblar və mən özümü gözəl müasir meqapolisdə tapdım. Bakı yəqin ki, keçmiş Sovet respublikaları içərisində ən çox inkişaf etmiş paytaxtdır. Hətta Moskva bəzi şeylərdə Bakıya çata bilməz. Möhtəşəm şəhərdir.

1.Mərkəzdə binaların əksəriyyəti bərpa olunub və sadəcə gözəl görünür. Yaşıllığa qərq olmuş dəbdəbəli saraylar. Hansısa şəhərdə nadir halda bu qədər gözəllik olar.



2. Möcüzəvidir.



3.Baxın...



4.Gəzirsən və gözlərin sevinir. Hansı tərəfə baxsan, şəkil çəkmək istəyirsən. Yəqin elə buna görə mən Bakı barədə hesabatı uzun müddət hazırladım: 10 məqaləlik material çəkdim və uzun müddət araşdırdım.



5. Bəs bu gözəl Bakı eyvanları! Belə bir eyvanda günəşli bir gündə pomidor yumurtayla səhər yeməyi yemək və türk qəhvəsi içməyi arzulayıram.



6. Hər küçə açılışdır. Bu, oxumadan bağlamaq mümkün olmayan maraqlı kitabdır.



7. Mənim sizə məsləhətim: Bakıya gedərkən fotokamera üçün daha çox yaddaş kartı və davamlı ayaqqabı götürün. Çox gəzməli və şəkil çəkməli olacaqsınız!



8. Mərkəzdə, qala divarlarının içərisində, Qədim şəhər, İçəri Şəhər.



9. Onu tamamilə təmir ediblər. Məhz təmir, bərpa yox. Ən maraqlısı isə odur ki, bura muzey deyil. Qədim mərkəzdə indiyə qədər insanlar yaşayır. Kimsə paltarları sərib qurudur, uşaqlar dar küçələrdə oynayır.



10. Bu belə görünür.



11. Sadə həyat.



12. Səkilər daşdandır. Daşdan döşənmiş küçələr.



13. Gözəllik.



14. Tanınmış yer



"Brilliant əl" filmində isə bura belə görünürdü.



15. Baxın necə möcüzədir. Başqa harada belə bir şey var? Bəlkə Minskdə? Kiyevdə? Bəlkə, Moskvada? Xeyr, belə canlı küçələr heç yerdə yoxdur.


Rusiyalı bloqger bazarlarda da olub.










Aydan AXUNDOVA