Bakıda silah aşkarlandı

30 Avqust 2016 17:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı "Makarov" markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq RPİ-yə gətirilib, araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub.