ANS-in daha bir aparıcısının yeni iş yeri məlum oldu

30 Avqust 2016 19:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Region TV" kanalının sözçüsü İsmayıl Həsənov məlumatı Ölkə.az-a təsdiqləyib. O, bildirib ki, Natiq Nailəoğlu ilə artıq razılığa gəlinib və o, yeni mövsümdən etibarən kanalın xəbərlər xidmətində aparıcı olaraq çalışacaq.

Qeyd edək ki, ANS-in daha bir əməkdaşı Rahil Sayadoğlu da bu mövsümdən etibarən "Region TV"-də yeni layihə ilə efirə çıxacaq.