Türkiyə ordusu və kürd silahlı birləşmələri razılığı gəldilər

30 Avqust 2016 20:25 (UTC+04:00)

Bu barədə "Frans-Press" agentliyinə Pentaqonun sözçüsü məlumat verib.

"Tərəflər arasında atəşkəs elan olunması və bütün qüvvələrin İŞİD-lə mübarizəyə səfərbər edilməsi barədə razılığa dair təsdiqlənmiş məlumat almışıq. Bu müvəqqəti, bir neçə günlük razılıqdır. Lakin biz çox istərdik ki, bu atəşkəs daimi olsun", - deyə ABŞ hərbi nümayəndəsi bildirib.

Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.


Oxu.Az