Nazirlikdən yenilik - Xəbər ver, mükafat al + Video

30 Avqust 2016 22:17 (UTC+04:00)

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin şöbə müdiri Fərid Nəbilinin sözlərinə əsasən, vergidən yayınma hallarına görə xəbər verən şəxslərin mükafatlandırılması onların verdiyi xəbərin önəmindən asılı olacaq. Nazirliyin şöbə müdiri bildirib ki, mükafatın məbləği kifayət qədər yüksək olacaq.

Məlumatların nazirliyə çatdırılmasında ənənəvi və yeni olmaqla bütün əlaqə formalarından istifadə ediləcək.

Vergi ilə bağlı müraciət edən şəxslərin müraciətinə 30-60 gün ərzində baxılması planlaşdırılır. Nazirlik rəsmisinin sözlərinə görə, qısa zamanda mexanizmin təfərrüatları dəqiqləşdiriləndən sonra onun tətbiqinə başlanacaq.

Xəzərxəbər.com