“Qanuni oğrular” “sxodka” keçirdi - Rövşənin qisası alınacaq

31 Avqust 2016 11:30 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, "sxodka" kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) öldürülməsinə həsr olunub. "Sxodka"nın iştirakçıları Lənkəranskinin intiqamını almağa söz veriblər. Lakin heç kimin ünvanına dəqiq ittiham səsləndirilməyib. Eyni zamanda "qanuni oğrular" slavyan kriminal qruplaşmalarının rəhbərlərinə etirazlarını bildiriblər.

Qeyd edək ki, avqustun 17-də Lənkəranski İstanbulda güllələndikdən sonra burada yaşayan "qanuni oğrular" Antalyaya köçüblər. Səbəb isə bu kurort ərazinin onlara daha təhlükəsiz görünməsidir. İkincisi isə, Rövşənin də daxil olduğu qruplaşmanın lideri Merab Canqveladze (Suxumski) İtaliya həbsxanasından azad olunduqdan sonra burada məskunlaşıb.

Məlumata görə, sözügedən "sxodka" məhz Merabın başçılığı ilə həyata keçirilib. "Sxodka"da "qanuni oğrular" Merab Bahiya (Baha-Baha), Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Koba Axvlediani (Koba Suxumski) və Zurab Dqebuadze (Zura Zuqdidski) iştirak edib. Qeyd edək ki, bütün bu "qanuni oğrular" Merabın rəhbərlik etdiyi qruplaşmaya daxildirlər. Merab İtaliyada həbsdə olarkən onlar Lənkəranskinin ətrafına toplaşmışdılar.

Aydan AXUNDOVA