Kərimovun qızından atasıyla bağlı növbəti - Açıqlama

31 Avqust 2016 15:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, öz instagram səhifəsində həmyerlilərini Özbəkistanın Müstəqillik Günü münasibətilə təbrik edən Tillyayeva atasının sağalması üçün dua edən hər kəsə təşəkkürünü bildirib: "Fürsətdən istifadə edərək xoş, səmimi dəstək sözlərinizə və prezidentimizin tez sağalması üçün etdiyiniz dualara görə ürəkdən təşəkkürü bildirmək istəyirəm. Bu, bizim üçün çox böyük məna daşıyır. Mən əminəm ki, sizin qəlbinizin dərinliyindən gələn bu böyük xeyirxahlıq qüvvəsi onun sağalmasına kömək edir!"

Xatırladaq ki, ötən həftə Özbəkistan prezidenti İslam Kərimov insult keçirərək təcili xəstəxanaya yerləşdirilib. Bundan sonra KİV-lərdə onun ölümü ilə bağlı məlumat yayılıb.

Aydan AXUNDOVA