Ramil Usubovdan FETÖ - Açıqlaması

31 Avqust 2016 15:46 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada baş tutan görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. R. Usubov 15 iyul hərbi çevriliş cəhdindən sonra görülən işlərin müzakirə edilməsi və bundan sonra atılacaq addımlar barədə danışmaq üçün Türkiyədə olduğunu bildirib. Usubov FETÖ-nün Azərbaycandakı qruplaşmasına qarşı bundan sonra da lazımi tədbirlər görüləcəyini qeyd edib: "Bu eyni zamanda Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra bu problemlərin aradan qaldırılması üçün bizim üzərimizə düşən nə varsa, yüksək səviyyədə yerinə yetirəcəyik. Bu çevriliş cəhdində şəhidlik zirvəsinə yüksəlmiş bütün Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara təcili şəfalar diləyirəm".

Efkan Ala da mətbuat konfransında çıxış edərək Azərbaycan-Türkiyə Daxili İşlər Nazirlikləri arasındakı münasibətlərdə terrorla mübarizənin başlıca istiqamət olduğunu bildirib: "Hər cür terror təşkilatına qarşı təsirli bir iş birliyimiz var. Bu, FETÖ-nün da ölkələrimizdəki fəaliyyətlərinin davamlı dayandırılması, köklərinin qazılması məsələsində əməkdaşlığımız davam edir. Bundan sonra da məlumat mübadiləsi, kəşfiyyat paylaşımı və görüləcək tədbirlər barədə tam bir fikir birliyi içərisində olacağıq".

Aydan AXUNDOVA