16 yaşlı oğlan göldə boğuldu - Neftçalada

31 Avqust 2016 20:06 (UTC+04:00)

Neftçala şəhər 2 saylı orta məktəbin 11-ci sinif şagirdi Sadıqov Ayxan Yalçın oğlu yoldaşları ilə birgə "Qobu"da çimərkən batıb.

Hadisə şahidlərinin dediyinə görə, Ayxan bir sahildən uzaq məsafədə yerləşən digər sahilə üzmək istəyərkən suda boğulub.

İndiki saatlarda onun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda arşdırmalara başlanılıb.


Virtualaz.org