11-ci sinif şagirdi qətlə yetirildi - Repetitor yanına gedəndə

23 Sentyabr 2016 17:49 (UTC+04:00)

Hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb. Rayonun Dəmirçilər kənd sakini, 11-ci sinif şagirdi Rafiq Bayramoğlu kənddən rayona repetitor yanına gedən zaman onun qarşısını 13-15 yaşlı yeniyetmə kəsərək pul tələb edib. 16 yaşlı oğlan pul vermədiyi üçün naməlum yeniyetmə onu bıçaqla vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Report.az