İş yerində 15 nəfər zəhərləndi

23 Sentyabr 2016 19:23 (UTC+04:00)

Hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən USPAY texnologiyalar müəssisəsində qeydə alınıb.

Məlumata görə, nahar vaxtı qida qəbul etdikdən sonra 15 işçi özünü pis hiss edib.

Zəhərlənən şəxslər 1 saylı Sumqayıt şəhər Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırılıb. Onlar ilkin ambulator yardım aldıqdan sonra evə buraxılıblar.

Report.az