Putin: “SSRİ-ni dağıtmaq lazım deyildi”

23 Sentyabr 2016 23:02 (UTC+04:00)

Bu sözləri Rusiya prezidenti Vladimir Putin "Vahid Rusiya" partiyasının təmsilçiləri ilə görüşündə deyib: "SSRİ-nin dağılmasına necə yanaşdığımı bilirsiniz. Bunu etmək vacib deyildi. Transformasiya keçirmək olardı, həmçinin də demokratik xarakterli dəyişikliklər etmək".

"Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, bizim keçmiş vətənimizin başında Kommunist Partiyası dayanırdı. Millətçilik ideyaları, yaxud istənilən dövlət üçün məhvedici mahiyyət daşıyan digər ideyalar" — Vladimir Putin bildirib.

Sputnik.az