22 yaşlı oğlanı maşın vurdu

23 Sentyabr 2016 23:20 (UTC+04:00)

Hadisə Böyük Kəsik kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Ziyadxan Vəliyev heyvanları örüşdən qaytararkən "VAZ 21011" markalı avtomobil tərəfindən vurulub.

Z. Vəliyev müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az