Bakıda kişi körpüdən yıxılıb öldü

24 Sentyabr 2016 12:00 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 24-də Bakı şəhər sakini Xalid Zairov sərxoş vəziyyətdə Xətai rayonunun Babək prospektindəki körpüdən yıxılaraq avtomobil yoluna düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.