“İnter” liderliyə yüksəldi

24 Sentyabr 2016 19:26 (UTC+04:00)

Məlumata görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib. Turun açılış matçı Şüvəlanda oynanılıb.

Mövsümə uğursuz başlayan AZAL "İnter"i sınağa çəkib. Bu görüşdə "İnter" 3:1 hesabı ilə qalib gəlib.

Zaur Svanadzenin komandası isə qələbə qazanmaqla, həm ən azı 1 günlük lider olub, həm də ilk dövrəni ilk "üçlük"də bitirməyi təmin edib.


Topaz Premyer Liqası

VI tur


24 sentyabr (şənbə)

16:00 AZAL - "İnter" - 1:3

Qollar: Nizami Hacıyev, 45+1 (0:1),Nuqzar Kvirtiya, 54 (1:1), Rauf Əliyev, 63 (1:2), Ağabala Ramazanov,64 (1:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena"

25 sentyabr (bazar)

15:30 "Kəpəz" - "Qarabağ"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

18:00 "Zirə" - "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şaiq Həmidov
Zirə İdman Kompleksinin stadionu

27 sentyabr (çərşənbə axşamı)

19:00 "Neftçi" - "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
"Əlincə Arena"

Qol.az