Ukraynada mədən yanır - 600 işçi təxliyə edildi

24 Sentyabr 2016 21:50 (UTC+04:00)

Bu barədə Donetsk vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə baş verən zaman mədəndə 593 işçi olub. Bütün mədənçilər yerin üzərinə çıxarılıb.
Qəzalı mədəndə istehsalat müvəqqəti olaraq dayandırılıb, yanğın davam edir. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Report.az