Bakı-Şamaxı yolunda “VAZ” yandı

24 Sentyabr 2016 23:00 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yolun 61-ci kilometrliyində, Qobustan rayonu ərazisində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.