Bu gün “sükut günü”dür

25 Sentyabr 2016 09:00 (UTC+04:00)

Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün təşviqat aparmaq qadağan edilir.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, referendumqabağı təşviqat sentyabrın 3-də başlayıb, sentyabrın 25-i saat 08:00-da başa çatıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Trend.az