“Mercedes” dərəyə aşdı - Sürücü ağır yaralandı

25 Sentyabr 2016 10:42 (UTC+04:00)

Hadisə ötən gün axşam saatlarında rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

İmişlinin Qaravəlli kənd sakini, 36 yaşlı Yəhya Babək oğlu Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən maşına çırpılıb.

Nəticədə "Mercedes" yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Yəhya Əhmədov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Report.az