11-ci sinif şagirdi məktəbdən qaçırıldı - Direktordan açıqlama

25 Sentyabr 2016 11:08 (UTC+04:00)

Bu barədə Sumqayıt sakinləri xəbər verib. Hadisə bu gün bir neçə saat bundan öncə baş verib.

Baş verən hadisə ilə bağlı 9 saylı məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt şəhər Polis İdarəsinə aparılıb.

***

Məsələylə bağlı məktəb direktoru Bəhruz Səlimxan açıqlama verib. Məktəbin direktoru Xeberle.com-a belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra - çöldə baş verdiyini deyib. B.Səlimxanov hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: "Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Qaçırılan qız 11-ci sinif şagirdi Məleykə Əliyevadır. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam``, - deyə direktor bildirib.

Avropa.info