Universitet yaxınlığında silahlı hücum - 15 yaralı (Yenilənib)

25 Sentyabr 2016 19:30 (UTC+04:00)

İllinoys Universitetinin yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfər xəsarət alıb.

Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib. Hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur. "Qrin-stritdən və ikinci küçədən uzaq durun", - deyə universitet saytında xəbərdarlıq edilir.

Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.

12:59
***


ABŞ polisi bu gün İllinoys ştatında İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib.

Yaralıların durumu orta ağırdır. Bir nəfər isə atəş açılan yerdən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.


APA.az