Rusiya bu ölkəyə uçuşları bərpa edir - Razılıq əldə olundu

25 Sentyabr 2016 16:20 (UTC+04:00)

Misir aviasiyanın rəhbərləri iki ölkə arasında aviareyslərin yenilən başlanması və uçuşların təhlükəsizliyin təmin olunması məsələlərində rusiyalı həmkarları ilə sıx əməkdaşlıq edir.

İlk növbədə Qahirə ilə Moskva arasında reyslərin bərpa olunması nəzərdə tutulur. Bu reyslər Qahirə aeroportunun yeni terminalından yerinə yetiriləcək. Sonra Hurqada və Şarm-əş-Şeyx kurort şəhərləri ilə müntəzəm aviareyslərin bərpasına başlanacaq.

Xatırladaq ki, 2015-ci il oktyabrın 31-də Misirin Şarm-əş-Şeyx kurortundan Sankt-Peterburqa uçan Rusiyaya məxsus A321 avialayneri Sinay səmasında qəzaya uğramışdı. Təyyarədəki 217 sərnişinin və yeddi heyət üzvünün hamısı həlak olmuşdu. Bu hadisədən sonra Misirlə Rusiya arasında aviasiya rabitəsi kəsilib.

Axar.az