21 yaşlı gənc bıçaqlandı - Fotolar

25 Sentyabr 2016 17:12 (UTC+04:00)

Hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.

Gənclər arasında baş verən münaqişə 21 yaşlı Baxşalıyev Teymur Həsən oğlunun bıçaqlanması ilə nəticələnib. T.Baxşalıyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, T.Baxşalıyev əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları davada iştirak edənlərin və T.Baxşalıyevi bıçaqlayanın kimliyini araşdırır.

APA.az