Türkiyədə partlayış - 3 yaralı

25 Sentyabr 2016 22:57 (UTC+04:00)

Hakkari-Çukurca şosesində PKK terrorçularının yola basdırdığı partlayıcı qurğu hərbi avtomobil keçdiyi zaman işə düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.Yaralanan əsgərlər Hakkari Dövlət Xəstəxanasına göndərilib.

APA.az