56 yaşlı kişi evində bıçaqlandı

26 Sentyabr 2016 08:27 (UTC+04:00)

1961-ci il təvəllüdlü Şamil Məmədov sol bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Ş. Məmmədov tək yaşadığını və evə daxil olan oğrunu tutmağa çalışan zaman bıçaqlandığını deyib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az