“Seçki prosesi yaxşı təşkil olunub” - TürkPA baş katibi

26 Sentyabr 2016 12:18 (UTC+04:00)

Bunu Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsini (referendumu) müşahidə edən TürkPA-nın baş katibi Jandos Asanov deyib.

"Referenduma hazırlıq yaxşı təşkil olunub. Biz Bakıda yerləşən bəzi seçki məntəqələrində monitorinq həyata keçiririk", - J.Asanov bildirib.

O, seçkilərin gedişindən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, TürkPA müşahidəçilər missiyasının tərkibinə Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan deputatlar daxildir.

Report.az