“Referendumla bağlı ilkin təəssüratlarımızı sabah bölüşəcəyik”

26 Sentyabr 2016 13:36 (UTC+04:00)

Bunu bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsinin (referendumun) monitorinqi ilə məşğul olan AŞPA müşahidə missiyasının rəhbəri, makedoniyalı parlamentari Aleksandr Nikoloski jurnalistlərə açıqlamasında deyib.

O, Bakıya referendumu monitorinq etmək üçün 7 nəfərlik nümayəndə heyəti ilə gəldiyini qeyd edib.

A.Nikoloski referendumdan ilkin təəssüratlarını bölüşməkdən imtina edərək hər şey barədə sabah keçirəcəkləri mətbuat konfransında məlumat verəcəklərini vurğulayıb: "1-2 aydan sonra isə referendumun müşahidəsi üzrə yekun hesabatımızı təqdim edəcəyik".

Qeyd edək ki, saat 13:00-a olan məlumata görə, A.Nikoloski 29 saylı Səbail seçki dairəsinin 4 və 5 saylı seçki məntəqələrində olub.

Report.az