111 yaşlı seçici səsvermədə iştirak etdi - Foto

26 Sentyabr 2016 14:13 (UTC+04:00)

Rayonun Boladi kənd sakini Şabikə Fərhad qızı Axundova 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində qeydiyyatdadır.

Ş.Axundovanın səsvermədə iştirakını təmin etmək məqsədilə məntəqədən daşınan qutu onun yaşadığı ünvana gətirilib. Bütün səsvermələrdə iştirak etdiyini deyən Ş.Axundova Konstitusiyaya ediləcək dəyişikliklərin xalqımıza xeyirli olmasından ötrü dualar edib.

Report.az