“Qanun pozuntusuna göz yummayacağıq” - Məzahir Pənahov

26 Sentyabr 2016 15:04 (UTC+04:00)

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

M.Pənahov Bakıda bəzi seçki məntəqələrində seçki qutularında çox sayda bülletenlərin olmasına da münasibət bildirib. Onun sözlərinə görə, saat 9-da qutuda bülletenlərin olmasında problem yoxdur: "Çünki seçki saat 8:00-da başlayır. Buna görə də burada qeyri-adi heç nə yoxdur. Əgər doğrudan da hansısa qanun pozuntusu qeydə alınıbsa və təsdiqlənibsə, əmin ola bilərsiniz ki, biz hansısa qanun pozuntusuna göz yummayacağıq. Ötən seçkilərdə onlarla məntəqələrin nəticələri ləğv edilib. Dünyanın hər bir yerində milyonlarla insanın iştirakı ilə baş verən tədbirlərdə qanun pozuntularının olmasından heç kəs sığortlanamayıb. Heç kəs demir ki, bizim seçkilər ideal gedəcək və bir pozuntu olmayacaq".

MSK sədri deyib ki, qurumun qaynar xətti daim açıqdır: "Müşahidəçilər də yerlərdə sərbəst şəkildə müşahidə apara biliblər. Seçici fəallığı çox yüksəkdir. Bu da sevindiricidir. Bu fəallıq şəhərdə daha çoxdur. Adətən şəhərdə əyalətlərlə müqayisədə müəyyən qədər az olur. Lakin əvvəlki illərlə müqayisədə fəallıq var".

Azvision.az