Xameneyidən Əhmədinejatın prezident seçkilərində iştirakına - Qadağa

26 Sentyabr 2016 16:51 (UTC+04:00)

Bu barədə ayətullah Əli Xameneyi şəxsən danışıb.

"O, məsləhət üçün yanıma gəldi və mən ona seçkilərə getməməyi məsləhət bildim. Bu nə onun, nə də ki, İran xalqının maraqlarındadır. O, cəmiyyəti parçalayacaq və hamımıza ciddi zərər verəcək".

Ekspertlərin fikrincə, dini liderin bu qərarı hazırki dövlət başçısı Həsən Ruhaninin 2-ci müddətə prezident seçilməsi şanslarını əhəmiyyətli dərəcədə artıracaq.

Modern.az